Ramos: "Maradona Messidən işıq ili qədər geri qalır"

Goal.az xəbər verir ki, təcrübəli müdafiəçi sabiq dünya çempionunu Messidən xeyli geridə qalan biri kimi qiymətləndirib.

"Argentinada bilirlər ki, Maradona ölkə futbolunun tarixində ən yaxşı oyunçudan işıq ili qədər geridədir. Mənə görə, ən yaxşı Leo Messidir".

Maradona daha öncə "Telesur" kanalına müsahibəsində Qodini Ramosdan daha güclü və dəyərli hesab etmişdi.