UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.

Azərbaycanın turnirdəki yeganə təmsilçisi "Qarabağ" Kipr APOEL-ini qəbul edəcək. Qrupun digər matçında "Sevilya" İspaniyada Lüksemburq "Düdelanj"ı ilə üz-üzə gələcək.

Türkiyə klubları bu tur öz oyunlarını doğma meydanda keçirəcəklər. "Trabzonspor" Rusiya "Krasnodar"ı, "Başakşehir" Avstriya "Volfsberq"i, "Beşiktaş" isə Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq.

Azərbaycan millisinin üzvü Pavel Paşayevin çıxış etdiyi Ukrayna "Aleksandriya"sı isə Fransada "Sent-Etyen"in qonağı olacaq.

Avropa Liqası

Qrup mərhələsi, III tur

A qrupu

20:55. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr)

23:00. "Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)

Xal durumu: "Sevilya" - 6, "Qarabağ" - 3, "Düdelanj" - 3, APOEL - 0.

B qrupu

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Kopenhagen" (Danimarka)

23:00. "Malmö" (İsveç) - "Luqano" (İsveçrə)

Xal durumu: "Kopenhagen" - 4, "Dinamo" - 4, "Luqano" - 1, "Malmö" - 1

C qrupu

23:00. "Xetafe" (İspaniya) - "Bazel" (İsveçrə)

23:00. "Trabzonspor" (Türkiyə) - "Krasnodar" (Rusiya)

Xal durumu: "Xetafe" - 6, "Bazel" - 4, "Trabzonspor" - 1, "Krasnodar" - 0.

D qrupu

23:00. "Sportinq" (Portulqaliya) - "Rusenborq" (Norveç)

23:00. PSV (Hollandiya) - LASK (Avstriya)

Xal durumu: PSV - 6, LASK - 3, "Sportinq" - 3, "Rusenborq" - 0

E qrupu

23:00. "Seltik" (Şotlandiya) - "Latsio" (İtaliya)

23:00. "Renn" (Fransa) - ÇFR (Rumıniya)

Xal durumu: "Seltik" - 4, ÇFR - 3, "Latsio" - 3, "Renn" - 1.

F qrupu

23:00. "Arsenal" (İngiltərə) - "Vitoriya" (Portuqaliya)

23:00. "Ayntraxt" (Almaniya) - "Standard" (Belçika)

Xal durumu: Arsenal - 6, "Ayntraxt" - 3, "Standard" - 3, "Vitoriya" - 0.

G qrupu

20:55. "Portu" (Portuqaliya) - "Reyncers" (Şotlandiya)

20:55. "Yanq Boyz" (İsveçrə) - "Feyenoord" (Hollandiya

Xal durumu: "Portu" - 3, "Reyncers" - 3, "Yanq Boyz" - 3, "Feyenoord" - 3.

H qrupu

20:55. MOİK (Rusiya) - "Ferentsvaroş" (Macarıstan)

20:55. "Lüdoqorets" (Bolqarıstan) - "Espanyol" (İspaniya)

Xal durumu: "Lüdoqorets" - 6, "Espanyol" - 4, "Ferentsvaroş" - 1, MOİK - 0.

I qrupu

20:55. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya)

20:55. "Sent-Etyen" (Fransa) - "Aleksandriya" (Ukrayna)

Xal durumu: "Gent" - 4, "Volfsburq" - 4. "Sent-Etyen" - 1. "Aleksandriya" - 1.

J qrupu

20:55. "Roma" (İtaliya) - "Borussiya" Mönxenqladbax, Almaniya)

20:55. "Başakşehir" (Türkiyə) - "Volfsberq" (Avstriya)

K qrupu

20:55. "Beşiktaş" (Türkiyə) - "Braqa" (Portuqaliya)

20:55. "Slovan" (Bratislava, Slovakiya) - "Vulverhempton" (İngiltərə)

L qrupu

20:55. "Partizan" (Serbiya) - "Mançester Yunayted" (İngiltərə)

20:55. AZ (Hollandiya) - "Astana" (Qazaxıstan)