23 yaşında karyerasını bitirdi

Futbolqol.az-ın məlumatına görə, o, instaqram hesabında bu barədə paylaşım edib.

“Yığmada oynamaq üçün mənim üçün şərəf idi. Həyatımın sonuna kimi buna görə fəxr edəcəm. Təəssüf ki, iradəmin əleyhinə gedərək, millidəki karyeramı bitirmək qərarına gəldim. Bu, 23 yaşlı futbolçu üçün olduqca çətin qərardı. Ancaq səbəblərim var. Xəstə anamın vəziyyətinin pisləşməsi məni belə bir seçimə vadar etdi və mən anamı seçdim” – deyə, o, qeyd edib.Qeyd edək ki, dünya çempionatında üç matçda meydana çıxan və fərqlənə bilməyən İran millisinin əsas qol silahı Sərdar Azmun bu səbəbdən tənqidlərə məruz qalırdı. Tənqidlər nəticəsində forvardın anasının vəziyyəti pisləşib.