"Feyenoord"un yeni baş məşqçisi müəyyənləşdi

"Feyenoord"un yeni baş məşqçisi müəyyənləşib.

Komandanı Dik Advokat çalışdıracaq. Rotterdam təmsilçisinin 72 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzaladığı bildirilib.

Qeyd edək ki, hollandiyalı məşqçi bu vəzifədə bir neçə gün əvvəl istefa verən Yaap Stamı əvəzləyib. Advokatın son iş yeri 2018/2019-cu illər mövsümündə "Utrext" olub