“Kayserispor”un yeni baş məşqçisinin adına aydınlıq gəlib

Türkiyənin “Kayserispor” futbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Klubu Bülent Uyğun çalışdıracaq.

Bülent Uyğun bu mövsüm “Kayserispor”a təyin edilən üçüncü baş məşqçidir. Onadək Hikmət Karaman və Samet Aybaba komandaya rəhbərlik ediblər.

Qeyd edək ki, Bülent Uyğun son olaraq Qətərin “Əl-Qarafa” və “Əl Rayan” komandalarında işləyib.