Joze Mourinyo: “Belə hallar futbolun gözəlliyinə xələl gətirir”

”Turnirin neqativ tərəfi futbolçuların “teatr” göstərməsidir. Mən təkcə İngiltərə - Kolumbiya matçını nəzərdə tutmuram. Neymara və onun davranışlarına həddən çox diqqət ayrılır. Diqqət etsəniz, bütün komandalarda simulyanta rast gələrsiniz. Hamı hakimə təzyiq göstərmək barədə düşünür, rəqibin cəzalandırılmasını tələb edir. Demək olar ki, bütün oyunlarda bunun şahidi oluruq. Milyonlarla insanın gözü qarşısında baş verən belə hallar futbolun gözəlliyinə xələl gətirir”,- deyə tanınmış mütüxəssis bildirib.