Tabares: "Məni Uruqvay – Fransa matçı düşündürür”

Futbolqol.az xəbər verir ki, uruqvaylıların baş məşqçisi Oskar Tabares bu matçla bağlı fikirlərini bölüşüb.

“Fransa millisi güclü komandadır. Fransızların hər zaman əzmkar komandası olub. 1998 – ci ildə onların məşq bəşq bazasında hazırlıq proseslərini izləmişəm. Anri məhz həmin mərkəzin yetirməsidir. Düşünürəm ki, fransızlar bizə hörmətlə yanaşırlar. Bizim ölkələrın sıx mədəni əlaqələri var. Mən bir müddət fransız məktəbində oxumuşam. 1930–cu ildə Uruqvayda keçirilən mundialda ilk qolun müəllifi fransalı Lüssen Loran olub. Bizi çətin oyun gözləyir. Qələbə qazanmaq və rahat şəkildə növbəti oyuna hazırlaşmaq istəyirik. Gələcəkdə nə olacaq bilmirəm. Hələlik məni Uruqvay – Fransa matçı düşündürür”,- deyə Tabares bildirib.