Ronaldo Juventus-a bir şərtlə keçə bilər

Futbolqol.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" və "Cadena Cope" nəşrləri yazıb.

Portuqal futbolçunun 100 milyon avro müqabilində Real-dan gedişi barədə hələ yanvar ayında əldə olunan razılaşma şifahidir, ona görə oyunçunun Juventus-a transferi barədə son sözü Madrid klubunun prezidenti Florentino Peres deyəcək.

Perez oyunçunun komandadan gedişi ilə bağlı öz ünvanına yönələ biləcək ittihamlardan sığortalanmaq istəyir. Bu o deməkdir ki, Ronaldu mətbuat konfransı keçirməli və karyerasında "Yuventus"da yarana biləcək yeni fürsətlər xatirinə "Real"ı tərk etmək istədiyini elan etməli olacaq.

"Yuventus"un Ronaldunun "Real"dan transferini iyulun 7-də elan edəcəyi bildirilir.