Rusiya Prezidenti Vladimir Putin Kremldə futbol əfsanələri ilə görüşüb.

Həmçinin FİFA prezidenti Canni İnfantino və Rusiya Futbol İttifaqının vitse-prezidenti Nikita Simonyan da Kremli ziyarət ediblər.

Görüşdə Rusiya prezidenti əfsanəvi futbolçuların mundialın qalibi barədə proqnoz verməsini istəyib. Putin DÇ-2018 - in yüksək səviyyədə keçdiyinə məmnun qaldığını bildirib.

Qeyd edək ki, dünya çempionatına iyulun 15-də yekun vurulacaq.