Balotellinin transferi baş tutmaya bilər

Futbolqol.az xəbər verir ki, Balotelli icazə almadan Marcel - də tibbi baxışdan keçib. 27 yaşlı italiyalının bu hərəkəti Nitza rəhbərliyini razı salmayıb. Klub Balotellini nəinki cərimələyə, hətta transferinin qarşısını ala bilər.

Düzdür, klubla futbolçu arasında bağlanan texniki müqavilə başa çatıb.

Lakin “centlmen razılaşma” qüvvədədir. Yəni Balotelli klubdan razılaşmadan ayrılarsa, 10 milyon avro ödəməlidir. Əvvəllər Niçça klubunun bu futbolçu ilə daha bir il müqavilə bağlamaq istədiyi deyilirdi. Əgər transfer baş tutarsa Balotellinin Marcel klubunda illik gəliri 7 milyon avro olacaq.