İspaniyalı hakimlərin məvacibi artacaq

Futbolqol.az xəbər verir ki, 2022/23 mövsümündən başlayaraq, hakimlərə il ərzində 296 mln avro veriləcək. Bu, əvvəlki məvaciblərə nisbətən 53 faiz artım deməkdir. Köməkçi hakimlərin isə əmək haqqları 61 faiz çoxalacaq. Federasiya aşağı liqalarda ədaləti qoruyan əsas hakimlərri məvaciblərini 67 faiz artıracaq ( köməkçilər 82 faiz). La Liqa - da 2019 /20 mösümündə VAR sisteminin tətbiqinə də başlanılacaq. Bu sistemin tətbiqi ispan hakimlərə məvacibdən əlavə pul qazanmaq imkanı yaradacaq. Hakimlər videoreferi kimi qanorar əldə edəcəklər. Federasiyanın planında pensiyaya çıxmış hakumlərə də maliyyə dəstəyi göstərmək məsələsi var. Beləliklə, Avropada ən yüksək məvacibi ispaniyalı hakimlər alacaqlar.