Ronaldonun agenti: “UEFA-nın qərarı absurddur”

Futbolqol.az xəbər verir ki, agentin fikrincə, 2017/18 mövsümünün ən yaxşı futbolçusu Ronaldo seçilməli idi."Ronaldo ötən mövsüm 15 qol vurub. Real-ın bütün uğurlarında onun əvəzsiz rolu var. Bunu hamı bilir. Madrid klubunun növbəti dəfə Çempionlar Liqasını qazanmasını yada salmaq kifayətdir. UEFA-nın qərarı absurddur. Belə biabırçılığa yol vemək olmaz. Ronaldonun ən yaxşı oacağına heç kim şübhə ilə yanaşmırdı. Buna əminəm”, - deyə Mendeş bildirib. R

onaldo 2009-cu ildən bu ilə kimi Real-ın formasını geyinib. Bu yay transferində Juventus klubuna keçib. Portuqaliyalı Madrid klubu ilə birlikdə iki dəfə İspaniya çempionu olub. İki dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. UEFA superkuboku və İspaniya superkubokunun ikiqat qalibidir. Xatırladaq ki, UEFA mövsümün ən yaxşı futbolçusu adına Real-ın yarımmüdafiəçisi Luka Modriçi layiq görüb.