Ançelotti: “Püşkün nəticələri ilə barışmalıyıq”

Futbolqol.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasını çətinliklərin gözlədiyini deyib: “Çətin qrupdayıq. Burada güclü klublar yer alıb. PSG və Liverpool Çempionlar Liqasında qalib gələ biləcək gücə malikdir. Bu klublarla mübarizə aparmaq digər komandalar üçün də asan olmayacaq. Nə etmək olar? Mübarizə aparmaq məcburiyyətindəyik. Püşkün nəticələri ilə barışmalıyıq”.

Napoli C qrupunda PSG, Liverpool və Crvena Zvezda ilə birlikdə yer alıb. İtaliya komandasının rəqibləri PSG və Crvena Zvezda öz ölkələrinin çempionudur. Liverpool isə ötən mövsüm ÇL-nin finalçısı olub.