Neymar 10 həftəlik sıradan çıxdı

Futbolqol.az-ın məlumatına görə, bu barədə klubun braziliyalı hücumçunun zədəsi barədə yaydığı açıqlamada bildirilir.

Rəsmi açıqlamada vurğulanır ki, həkimlərlə məsləhətləşmələrdən sonra əməliyyatın olunmamasına və konservativ müalicə ilə kifayətlənməyə dair qərar qəbul edilib. Neymarın dönüşünün 2,5 aydan sonra gerçəkləşəcəyi diqqətə çatdırılıb. Futbolçunun özünün də tövsiyələrlə tanış olduğu və seçilmiş bərpa üsuluna razılıq verdiyi bəyan edilib.

Qeyd edək ki, Neymar Fransa Kubokunda "Strasburq"la görüş zamanı xəsarət alıb. "Sambaçı"ya sağ ayaq sümüyünün sınığı diaqnozu qoyulub. O, belə bir zədəni ötən mövsüm də alıb və 3 aydan çox oynamayıb. 27 yaşlı forvard PSJ-yə İngiltərənin "Mançester Yunayted" klubu ilə Çempionlar Liqasının 1/8 final oyunlarında kömək edə bilməyəcək.