9-cu dəfə Argentina çempionu oldular

Futbolqol.az xəbər verir ki, 24-cü turda səfərdə “Tiqre” ilə 1:1 hesablı heç-heçə edən “Rasinq” çempionatın bitməsinə bir tur qalmış çempionluğunu rəsmiləşdirib.

Xallarının sayını 56-a yüksəldən komanda ikinci pillədəki “Defensa” ilə aradakı fərqi 4-ə çatdırıb.

Qeyd edək ki, bu, “Rasinq”in Argentina Premyer Liqasında 9-cu çempionluğudur.