"Barselona" prezidenti Yoviç üçün Lissabonda

Futbolqol.az-ın xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun prezidenti Xosep Bartomeu bu məsələ ilə birbaşa özü məşğul olur.

Hazırda icarə əsasında "Ayntraxt"da çıxış edən gənc forvardın keçidi üçün klub rəhbəri Lissabona yollanıb. Bartomeu orda "Barselona" ilə bağlı tədbirdə iştirak etməklə yanaşı, "Benfika" rəhbərliyi ilə də bir araya gələcək. Görüşdə 22 yaşlı oyunçunun keçidi müzakirə olunacaq.

Qeyd edək ki, Luka Yoviçin "Benfika" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.