VAR-la bağlı yeni qərar: hakim qərarını dəyişsə...

Futbolqol.az-ın məlumatına görə, bu sistem ilk olaraq İngiltərə Federasiya Kubokunun yarımfinal oyunlarında iş başında olacaq.

Hətta yerli futbol federasiyası maraqlı qərarla da yadda qalıb. Belə ki, oyunlar zamanı VAR-dan istifadədən sonra hakimin qərarı dəyişərsə, həmin epizod tribunalardakı azarkeşlərə böyük ekran vasitəsilə göstəriləcək. Aprelin 6-da və 7-də "Uembli" stadionunda keçiriləcək yarımfinal oyunlarında "Mançester Siti" "Brayton"la, "Uotford" isə "Vulverhempton"la qarşılaşacaq.

Qeyd edək ki, gələn mövsümdən İngiltərə Premyer Liqasında VAR-dan istifadə olunacaq.