Almaniya Futbol İttifaqının prezidenti istefa verdi

Futbolqol.az DPA agentliyinə istinadən xəbər verir ki, 57 yaşlı funksionerin postundan gedişi “Der Spiegel”də nəşr olunan məlumatlarla bağlıdır.

Bildirilir ki, R.Qrindel DFB-nin törəmə şirkətində işlədiyi müddətdə - 13 ay ərzində əlavə 6 min avro alıb və bunu gizlədib. O həmçinin ukraynalı oliqarxın hədiyyə etdiyi bahalı saatı götürməsi səbəbindən təzyiqlə üzləşib.

Qeyd edək ki, Raynhard Qrindel bu postda 2016-cı ildən çalışırdı. Onu əvəzləməyə ən real namizəd kimi vitse-prezidentlər – Rayner Kox və Raynhard Raubal göstərilir.