Simeone Kostaya güvənir

Futbolqol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis, Kostanın komanda üçün vacib futbolçu olduğunu deyib:

“Mən Kostaya tam güvənirəm. Ümid edirəm ki, o, növbəti mövsüm komandada qalacaq. Kosta bizim üçün əhəmiyyətli futbolçudur. O qayıtdıqdan sonra biz Avropa Liqasını və UEFA superkubokunu qazandıq”.

30 yaşlı hücumçu bu mövsüm “Atletiko”nun heyətində iştirak etdiyi 15 oyunda 2 qolla yadda qalıb.