Çempionşipə yollanan ikinci klub da müəyyənləşdi

İngiltərə 33-cü turunda "Uotford" "Fulhem" üzərində böyükhesablı qələbəyə sevinib.

Futbolqol.az xəbər verir ki, bu məğlubiyyətdən sonra London klubu Premyer Liqa ilə vidalaşıb. Beş oyunu qalan paytaxt futbolçuları yüksək dəstədə qalmağa imkan verən 17-ci pillədən 16 xal geridədir.

"Fulhem" "Haddersfild"dən sonra Çempionşipə yuvarlanacağı rəsmiləşən ikinci komanda olub.