"Borussiya" baş məşqçisi ilə yollarını ayıracağını açıqladı

Almaniyanın "Borussiya"(Münhenqladbax) futbol komandası baş məşqçisiDiter Hekkinqlə yollarını ayıracağını açıqlayıb.

Futbolqol.az klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis cari mövsümün sonunda postunu tərk edəcək.

Qeyd edək ki, D.Hekkinq 2016-cı ildən "Borussiya"nın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında ötən mövsüm Bundesliqada 9-cu olub. "Borussiya" cari mövsümdə 27 turdan sonra 47 xalla 5-ci pillədə qərarlaşıb.