"Niyə də olmasın? - Mourinyodan "Bavariya" açıqlaması

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Bavariya"ya keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.

Futbolqol.az-ın "Record"a istinadən yaydığı xəbərə görə, o deyib: "Almaniyada hələ işləməmişəm. Niyə də olmasın? Baxaq, necə olacaq".

O, çalışdıracağı yeni klubla üçüncü dəfə Çempionlar Liqasının kubokunu udmağı və beş müxtəlif liqada beşinci çempionluğu qazanmağı istədiyini də vurğulayıb.