"Real" ən uğursuz ikinci komandadır

Uğursuz mövsüm keçirən "Real" La Liqanın XXX turunda "Valensiya"ya məğlub olub - 1:2.

"Kral klubu" cari mövsüm bütün turnirlərdə keçirdiyi 49 oyunda qapısında 60 qol görüb.

Bu isə İspaniya klubları arasında "Sevilya" (52 oyun) ilə birlikdə ən pis ikinci göstəricidi. La Liqa təmsilçiləri arasında ən çox qol buraxan komanda isə "Hueska"dı (32 oyunda 61 qol).

"Valensiya" isə ardıcıl 17-ci matçda uduzmayıb. Bununla "yarasalar" özünə məxsus 1941-42 mövsümündəki 16 oyunluq məğlubiyyətsiz oyunlar rekordunu yeniləyib.