Baş məşqçi ilə idman direktoru futbolçulara görə dalaşdı

“Monako”nun baş məşqçisi Leonardo Jardim, klubun idman direktoru Maykl Emenalo ilə mübahisə edib.

Futbolqol.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, Emenalonun Fransa Liqa 1-in son turundakı “Kan” məğlubiyyətindən (0:1) sonra paltardəyişmə otağına gedərək, futbolçuları danlaması olub. Buna qəzəblənən Jardim, nigeriyalı mütəxəssislə mübahisə edib.

Fransa mətbuatı Jardimin Emenalo ilə əvvəldən də problemlərinin olduğunu və onunla çalışmaq istəmədiyini iddia edib. “Monako” rəhbərliyi də Emenalo ilə yollarını ayırmaq istəyir. Sadəcə, onun müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi təqdirdə, ödənməli olan təzminatın yüksək olması problem yaradır.

“Monako” Liqa 1-də 30 xalla 16-cı sıradadır.