Almaniya kubokunda yarımfinalın püşkü atıldı

Futbol üzrə Almaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Futbolqol.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, “Bavariya” “Verder”lə, “Hamburq” isə “Leyptsiq”lə qaşılaşacaq. Yarımfinal mərhələsinin oyunları 23 və 24 apreldə keçiriləcək. Turnirin final matçı isə mayın 25-də, Berlində olacaq.

Almaniya kuboku, yarımfinal mərhələsi

23 aprel

Bavariya – Verder

24 aprel

Hamburq – Leyptsiq