Balayevin komandası 1/4 finalda

Qazaxıstan kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Futbolqol.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin şərəfini qoruduğu "Tobol" da mübarizə aparıb.

Kostanay təmsilçisi aşağı liqa komandası "Aksu"nun qonağı olub. Qarşılaşma "Tobol"un böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla komanda adını 1/4 finala yazdırıb.

Lakin Emil bu görüşdə meydana çıxmayıb. Çünki əsasnaməyə görə, aşağı liqa komandası ilə görüş zamanı yalnız yerli oyunçular iştirak edə bilər.