Çempionlar Liqasının yeni formatı mətbuata sızdı

UEFA 2024-cü ildən Çempionlar Liqasını yeni formatda keçirmək niyyətindədir.

Qitə futbol qurumunun formatdakı dəyişiklik planı açıqlanıb.

Yüksək tirajlı "L'Equipe" nəşrinin ələ keçirdiyi yeni formata əsasən turnirdə 32 klub mübarizə aparacaq. Lakin indikindən fərqli, hərəsində 8 komanda olmaqla 4 qrupun olması planlaşdırılır. Dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsində ilk 4 yerin sahibləri 1/8 finala adlayacaq. 5-ci yeri tutanlar da növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququ qazanacaqlar. 6-7-ci yerlərdə qərarlaşanlar isə Avropa Liqasına yuvarlanacaq.

Qrup səddini aşan 16 komanda, eyni zamanda 5-cilər və 6-7-ci yerləri tutan 8 klubdan 4-ü daxili çempionatın nəticəsindən asılı olmayaraq, növbəti mövsüm də ÇL-də yarışa biləcək.

Yeni formata keçildikdən sonra bir mövsümdə oyun sayı 96-dan 224-ə yüksələcək. UEFA bununla klubların yayım gəlilərinin artacağını düşünür.