Çempionlar Liqasında həftənin rəmzi komandası

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
Futbolqol.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi heyətdə aşağıdakı futbolçular yer alıb:

Qapıçı: Uqo Lloris ("Tottenhem")
Müdafiəçilər: Vircil van Deyk ("Liverpul"), Jerar Pike ("Barselona"), Yan Vertonqen ("Tottenhem"), Jordi Alba ("Barselona"), Trent Aleksander-Arnold ("Liverpul")
Yarımmüdafiəçilər: Son Hın Min ("Tottenhem"), Nəbi Keyta ("Liverpul"), David Neres ("Ayaks"), Kriştiano Ronaldo ("Yuventus")
Hücumçu: Roberto Firmino ("Liverpul")