Maksim cəzalı duruma düşdü

"Qarabağ" ölkə kubokunun yarımfinal mərhələsinin "Qəbələ" ilə cavab oyununda Maksim Medvedevin xidmətindən yararlana bilməyəcək.
Futbolqol.az-ın məlumatına görə, buna səbəb onun hazırda Qəbələdə davam edən matçın ilk hissəsində sarı vərəqə görməsidir. Bu mövsüm kubokda ümumilikdə 4-cü dəfə xəbərdarlıq alan müdafiəçi cəzalı duruma düşüb.
Təcrübəli oyunçu mayın 1-də Bakıda keçiriləcək cavab qarşılaşmasında oynaya bilməyəcək.