"Norviç Siti" İngiltərə Premyer Liqasına vəsiqə qazanıb

"Norviç Siti" futbol üzrə İngiltərə Çempionşpinin 45-ci turunda "Bləkbörn Rovers"i məğlub edib.

Futbolqol.az xəbər verir ki, Noric şəhərinin "Kerrou Roud" stadionunda baş tutan qarşılaşma Daniel Farkenin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində yarımmüdafiəçilər Marko Ştayperman və Mario Vrançiç fərqlənib. Rəqibin yeganə qolunu müdafiəçi Lüis Trevis öz adına yazdırıb.

Beləliklə, "Norviç" çempionatın bitməsinə bir tur qalmış turnir cədvəlində ən azı ikinci pilləni özünə təmin edib ki, bu da klubun Premyer Liqaya vəsiqə qazanmasına imkan verir. İndi komanda üç ildən sonra yenidən yüksək diviziona qayıtmış olacaq.

İngiltərə Çempionşipi. 45-ci tur

"Norviç Siti" - "Bləkbörn Rovers" - 2:1

Qollar1:0 – Ştayperman – 13, 2:0 – Vrançiç – 21, 2:1 – Trevis – 23