"Messi çox fərqli bir futbolçudur, amma..."

“Liverpul”un müdafiəçisi Vircil van Dayk Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Barselona” ilə keçirəcəkləri səfər oyunu haqqında açıqlama verib.

Futbolqol.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu, katalonların hücumçusu Lionel Messidən çəkinmədiyini deyib:

“Messinin dünyanın ən yaxşısı olduğunu düşünürəm. Artıq yarımfinaldayıq və dünyanın ən yaxşı futbolçusu ilə qarşılaşacağıq. Amma təkcə onun deyil, bütün komandanın çox yaxşı səviyyəsi var.

Messi çox fərqli bir futbolçudur, amma bir komanda kimi necə oynadığımızı, necə müdafiə olunduğumuzu görürsüz. Komanda olaraq müdafiə olunuruq və komanda olaraq hücum edirik. Messiyə qarşı müdafiə olunarkən, tək olmayacam”.

“Barselona” – “Liverpul” matçı sabah, saat 23:00-da start götürəcək.