“Real” “50”, “Lion” “100” deyir

“Real” “Lion”un futbolçusu Tanquy Ndombeleni transfer etmək niyyətindədir.

Futbolqol.az xəbər verir ki, “kral klubu” 22 yaşlı yarımmüdafiəçi üçün Liqa 1 təmsilçisinə 50 milyon avro təklif edib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

50 milyonun az olduğunu düşünən “Lion” rəhbərliyi, “Real”dan 100 milyon avro tələb edib.

Ndombele ilə “Real”la yanaşı, “Mançester Siti”, PSJ və “Yuventus” da maraqlanır.

Fransa klubuyla 2023-cü ilə qədər müqaviləsi olan Ndombele, bu mövsüm 44 oyunda iştirak edərək, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.