"Barselona" "Liverpul"u darmadağın etdi - VİDEO

İspaniyanın "Barselona" klubu futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında İngiltərə "Liverpul"unu qəbul edib.

Futbolqol.az xəbər verir ki, Barselona şəhərinin "Kamp Nou" stadionunda keçirilən matç katalonların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Luis Suares və Lionel Messi vurub.

Komandalar arasında cavab qarşılaşması mayın 7-də Liverpulun "Enfild" stadionunda keçiriləcək.

Çempionlar Liqası. 1/2 final. 1-ci oyun

"Barselona" – "Liverpul" - 3:0

Qollar: 1:0 – Suares – 26, 2:0 – Messi – 75, 3:0 – Messi – 82