"Barselona"nın 7 futbolçusu həftənin rəmzi komandasına düşdü

UEFA Çempionlar Liqasında ilk yarımfinal oyunlarından sonra həftənin rəmzi komandasını açıqlayıb.

Futbolqol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Fantasy Football”da toplanan xallara əsasən formalaşan “11-lik”də İspaniyanın “Barselona” komandasının 7 oyunçusu yer alıb. Digər 4 nəfər isə Hollandiya “Ayaks”ının oyunçularıdır.

Həftənin komandası: Mark-Andre ter Şteqen, Jerar Pike, Serci Roberto (hamısı “Barselona”), Deyli Blind, Matteys de Liqt (hər ikisi “Ayaks”), Filippe Koutinyo (“Barselona”), Donni van de Bek, Hakim Ziyex (hər ikisi “Ayaks”), Lionel Messi, Luis Suares (hər ikisi “Barselona”).

Qeyd edək ki, “Barselona” evdə İngiltərə “Liverpul”unu 3:0 hesabı ilə məğlub edib. “Ayaks” isə Londonda “Tottenhem”i üstələyib – 1:0. Cavab matçları 7 - 8 mayda olacaq.