"Arsenal" qələbə qazanıb, "Çelsi" səfərdə heç-heçə edib - VİDEO

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Futbolqol.az xəbər verir ki, Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” İngiltərənin “Çelsi” komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 23-cü dəqiqədə Luka Yoviç hesabı açsa da, 45-ci dəqiqədə Pedro Rodriges bərabərlik qolunu vurub.

İngiltərənin digər təmsilçisi "Arsenal" isə İspaniya "Valensiya"sını qəbul edib. Bu matçda hesabı 11-ci dəqiqədə qonaq komandanın futbolçusu Muxtar Diakabi açıb. Lakin 18-ci və 26-cı dəqiqələrdə Aleksandr Lyakazett fərqlənərək, meydan sahiblərini önə çıxarıb. 90-cı dəqiqədə isə Pyer-Emerik Obameyanq oyunda son nöqtəni qoyaraq, "Arsenal"ı finala xeyli yaxınlaşdırıb.

Qeyd edək ki, cavab görüşləri mayın 9-da keçiriləcək. Final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq

.