Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında həftənin nəticəsinə görə ən yaxşı futbolçu adına iddia edən oyunçuların adlarını açıqlayıb.

Futbolqol.az xəbər verir ki, siyahıda 4 futbolçunun adları var.

Bunlar "Arsenal"ın hücumçularu Pyer-Emerik Obameyanq vəAleksandr Lyakazett, "Çelsi"nin yarımmüdafiəçisi Ruben Loftus-Çik və "Ayntraxt"ın qapıçısı Kevin Trappdır.

Ruben Loftus-Çik "Ayntraxt"la (1:1) qarşılaşmada səmərəli ötürmə edib. Kevin Trapp isə dörd topu qapıdan qaytarıb və bir top buraxıb.

Qeyd edək ki, cavab matçları mayın 9-da, final matçı isə mayın 29-daBakı Olimpiya Stadionunda təşkil olunacaq.