
Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu futbolçusu Patrik Hermannın müqaviləsinin müddətini uzadıb.
Futbolqol.az xəbər verir ki, Bundesliqa təmsilçisi 28 yaşlı hücumçu ilə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2010-cu ildən “Borussiya”da forma geyinən Hermannın əvvəlki müqaviləsi mövsümün sonunda bitirdi. İki dəfə də Almaniya millisinin şərəfini qoruyan futbolçu ilə İngiltərənin “Kristal Pelas” və “Nyukasl” klubları yaxından maraqlanırdı.