İngiltərənin ən bahalı klubunun adı açıqlandı

İngiltərə Premyer Liqasının cari mövsüm üçün ən bahalı klubunun adı açıqlanıb.

Futbolqol.az xəbər verir ki, Liverpul universitetinin araşdırmasına əsasən, "Mançester Siti" bu baxımdan ilk pilləyə yüksəlib.

Ötən mövsümlə müqayisədə 385 milyo funt-sterlinq artıma nail olan "şəhərlilər"in dəyəri 2 milyard 364 milyard funtdu. MS şəhərin digər təmsilçisi "Mançester Yunayted"i taxtdan salıb. Bir mövsümdə 376 milyonluq dəyər itirən "qırmızı şeytanlar"ın qiyməti 3 milyard 87 milyon funtdu.

Ötən mövsüm Premyer Liqanın 20 klubunun ümumi dəyəri 14,7 milyard funt-sterlinq idi. Bu mövsüm isə bu məbləğ 1,6% azalıb.